Bizi sosial şəbəkələrdən izləyin:
Münhen hava limanı şənbə günü səhər saatlarında hava limanı ərazisində dron müşahidə edilməsi barədə xəbərdən sonra uçuş və eniş üçün tamamilə bağlanıb.
Moderator.az xəbər verir ki, Almaniya Federal Polisi pilotların yerli vaxtla səhər saat 9 radələrində şübhəli bir əşya aşkar etdiyini açıqlayıb.
Bunun dron olduğu güman edilir.
Hadisədən sonra uçuş-enmə zolağında əməliyyatlar tamamilə dayandırılıb. Hadisə yerində çoxsaylı polis bölmələri və helikopter cəlb edilib.
Təhlükəsizlik səbəbi ilə hava nəqliyyatı müvəqqəti olaraq dayandırılıb.