Putin Rumıniyada baş vermiş hadisənin Ukraynaya məxsus PUA ilə əlaqəli olduğunu istisna etməyib
Dünya
339
20:05, Bu gün

Putin Rumıniyada baş vermiş hadisənin Ukraynaya məxsus PUA ilə əlaqəli olduğunu istisna etməyib

Rusiya Prezidenti Putin Rumıniyadakı PUA insidenti ilə bağlı vəziyyət barədə məlumatlandırıldığını bildirib.

Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O bildirib ki, Rumıniyadakı hadisə ilə bağlı qalıqlar araşdırılana qədər heç kim PUA-nın mənşəyini dəqiq deyə bilməz.

Rusiya Prezidenti Rumıniyada baş vermiş hadisənin böyük ehtimalla Ukraynaya məxsus pilotsuz uçuş aparatı ilə əlaqəli olduğunu qeyd edib.

Putin bildirib ki, Rusiya Rumıniyaya düşən pilotsuz uçuş aparatının qalıqları ona təqdim ediləcəyi təqdirdə obyektiv araşdırma aparmağa hazırdır.

Qeyd edək ki, Rumıniyanın şərqində yerləşən Qalaç şəhərində pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına çırpılıb. Nəticədə partlayış baş verib və mənzillərdən birində yanğın yaranıb, iki nəfər xəsarət alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər