Aİİ liderləri Ermənistanda Aİ-yə qoşulmaqla bağlı referendum keçirilməsini dəstəkləyiblər
Dünya
222
19:00, Bu gün

Aİİ liderləri Ermənistanda Aİ-yə qoşulmaqla bağlı referendum keçirilməsini dəstəkləyiblər

Avrasiya İqtisadi İttifaqı (Aİİ) liderləri hesab edirlər ki, Ermənistanda Avropa İttifaqına qoşulmaq və ya Aİİ-də qalmaqla bağlı ümumxalq referendumu keçirilməlidir.

Moderator.az xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan Rusiya, Belarus, Qırğızıstan və Qazaxıstan liderlərinin Ermənistanla bağlı bəyanatında bildirilib.

Bəyanatda xüsusən də Avrasiya Hökumətlərarası Şurasının üzvlərinin dekabr ayında Aİİ müqaviləsinin dayandırılmasının Ermənistan üçün mümkün nəticələri barədə hesabat verəcəkləri qeyd olunub.

Bildirilib ki, liderlər Ermənistanda Aİ-yə qoşulmaq və ya Aİİ-də qalmaqla bağlı referendum keçirilməsini dəstəkləyirlər

Həmçinin bəyanatda Ermənistanın Aİ-yə üzvlük hazırlıqlarının Aİİ dövlətlərinin iqtisadi təhlükəsizliyi üçün ciddi risklər yaratdığı vurğulanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər