Zelenski: Ukrayna 150 ədəd
Dünya
238
17:50, Bu gün

Zelenski: Ukrayna 150 ədəd "Gripen" qırıcı təyyarəsi alacaq

Ukrayna və İsveç "Saab" müdafiə şirkətinin 150 ədəd "Gripen" qırıcısı təyyarəsi tədarükü barədə saziş imzalayıb.

Moderator.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və İsveçin Baş naziri Ulf Kristersson birgə mətbuat konfransında bildiriblər.

Zelenskinin sözlərinə görə, Ukrayna bütün 150 "Gripen" qırıcısını almaq niyyətindədir və bunun üçün Avropa İttifaqının 90 milyard avro məbləğində kredit çərçivəsində maliyyələşdirmədən istifadə etməyi planlaşdırır.

"Bunun üçün kifayət qədər maliyyəmiz olsun, əlbəttə, biz bütün 150 qırıcını alacağıq. Artıq dediyim kimi, bu 90 milyard avroya ümid edirik. Bunu addım-addım edəcəyik", - Ukrayna Prezidenti deyib.

İsveç Baş naziri Ulf Kristersson bildirib ki, Ukrayna ilk 16 ədəd C/D modifikasiyalı "Gripen" təyyarəsini artıq 2027-ci ildə alacaq, 2030-cu ilə qədər isə daha 22 ədəd ən yeni E modifikasiyalı təyyarə tədarük ediləcək.

"Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə İsveçin Saab müdafiə şirkətinin 150 ədəd "Gripen" təyyarəsinin tədarükü barədə saziş imzaladıq. Bu, İsveç müdafiə sənayesi üçün "JAS-39 Gripen" qırıcılarının istifadəçi ailəsini genişləndirmək üçün fövqəladə bir imkandır", - Kristersson qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər