Vaşinqton İranın Fars körfəzi üzrə Nəzarət İdarəsinə qarşı sanksiyalar tətbiq etdi
Dünya
386
08:41, Bu gün

Vaşinqton İranın Fars körfəzi üzrə Nəzarət İdarəsinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Administrasiyası İranın Hörmüz boğazından keçidin tənzimlənməsi ilə məşğul olan Fars körfəzi üzrə Nəzarət İdarəsinə qarşı sanksiyalar tətbiq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
 
Birləşmiş Ştatların mövqeyi bundan ibarətdir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu strukturdan Hörmüz boğazından keçən gəmilərdən "xərac" qoparmaq məqsədilə istifadə edir. Vaşinqton Administrasiyası eyni zamanda adıçəkilən idarə ilə əməkdaşlıq edən şəxslərə qarşı da məhdudiyyətlər tətbiq edəcəyini bildirib.
 
"Boğaz üzrə yeni yaradılmış "idarə" adlanan qurumla əməkdaşlıq edən hər kəs SEPAH-a dəstək göstərə və onun xidmətlərindən yararlana bilər ki, bu da şantaj cəhdlərinə yardım edir və sanksiya riskləri daşıyır", - ABŞ Maliyyə Nazirliyinin bəyanatında vurğulanıb.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər