Dünya
320
26 May 2026 | 23:50

"Uşaqlar niyə həyata artıq dözə bilmir?" - Psixoloq izah edir

"Müasir mühit uşaqlarda stresə davamlılığı azaldaraq onların psixoloji dayanıqlığını zəiflədir..."

Uşaqlar üçün uğursuzluqları və gündəlik stresi keçirmək getdikcə daha çətin olur. Həddən artıq nəzarət və səhv etmək qorxusu xarakterin formalaşmasına mane olur. Bəs valideynlər uşaqlarda dayanıqlığı necə bərpa edə bilər?

Moderator.az xəbər verir ki, bu barədə psixoloq Yelena Yarikova "lady.mail.ru" nəşrinə danışıb.

Problemin mahiyyəti

Müasir uşaqların psixikası sanki əvvəlki nəsillərlə müqayisədə daha kövrək görünür. Son onillikdə uşaqların gündəlik çətinliklərə qarşı dözümlülüyü ciddi şəkildə azalıb. Əvvəllər böyümə prosesinin təbii hissəsi olan mübahisələr, pis qiymətlər, yarışlarda uduzmaq, gözləmək və səbr etmək kimi vəziyyətlər hər uşaq üçün normal idi və şəxsiyyətin formalaşmasına xidmət edirdi.

Bu gün isə bir çox yeniyetmə üçün eyni vəziyyətlər dözülməz hala çevrilib: məktəbdən imtina halları, özünütəcrid, panik ataklar və işləri sona çatdıra bilməmək artır. Bu, nə ərköyünlükdür, nə də tərbiyəsizlik - daha çox uşağın reallıqla mübarizə mexanizminin pozulmasıdır.

Psixoloq qeyd edir ki, uşaq həyatı və sosial qaydaları yalnız bir yolla - maneələrlə qarşılaşıb onları aşmaqla öyrənir. Nə nəzəri biliklər, nə söhbətlər, nə də nəsihətlər bu təcrübəni əvəz edə bilər. Lakin bu gün uşaqlar bu təcrübədən sistemli şəkildə məhrum edilir.

Niyə belə olur?

- Səhv etməyə imkanın azalması

İmtahanlar və yoxlamalar artıq sadəcə bilik testi deyil, gələcəyi müəyyən edən hadisəyə çevrilib. Elektron jurnallar və məktəb sistemləri hər uğursuzluğu dərhal valideynə göstərir. Nəticədə "səhv etmək haqqı" yox olur və uşaq ya mükəmməl olmağa çalışır, ya da ümumiyyətlə hərəkət etmir.

- Həddindən artıq valideyn nəzarəti

Bir çox uşaq artıq öz gününü planlamağı öyrənə bilmir, çünki hər şey əvvəlcədən valideyn tərəfindən qurulub. Münaqişə və barışıq təcrübəsi də yoxdur, çünki böyüklər dərhal müdaxilə edir. Pulun dəyərini anlamaq da çətindir, çünki xərclər tətbiqlərlə idarə olunur. Nəticə belədir: 16 yaşda qərar verməyə hazır olmayan psixika, 18 yaşda infantil davranış, 20 yaşda isə çətinliklərlə bacarmamaq.

Ani nəticə vərdişi

Sosial şəbəkələr və rəqəmsal mühit beyinə dərhal mükafat sistemi öyrədir: "like" bir saniyəyə, oyun bir dəqiqəyə, video iki toxunuşa açılır. Real həyatda isə nəticə aylar, bəzən illər tələb edir. Bu səbəbdən uzunmüddətli səy psixoloji olaraq "ağır yük" kimi qəbul edilir.

Aşağı real risk, yüksək qorxu fonu

Uşaq real həyatda çox şeydən qorunur, amma eyni zamanda xəbərlər vasitəsilə müharibə, fəlakət və təhlükələrlə dolu informasiya alır. Nəticədə psixika balanssızlıq yaşayır: kiçik real problemlər belə böyük qorxular yaradır. Bu və vəziyyətdə uşaq sadə bir telefon zəngindən və ya dərsdə sual cavabından belə çətinliklə çıxır.

Uşaqlar pisləşməyib - sadəcə böyüdükləri mühit onların dayanıqlığını formalaşdırmağa daha az uyğunlaşıb. Vəziyyəti dəyişməyin yeganə yolu uşağın həyatına onun təkbaşına aşa biləcəyi çətinlikləri yenidən daxil etməkdir: dərhal müdaxiləsiz, səhvdən qorxmadan və hər problemi böyüklərin həll etmədiyi bir mühit yaratmaq. Dayanıqlıq zamanla formalaşır və bu bacarığı uşağa öyrətmək vacibdir.

Link kopyalandı!
Son xəbərlər