Türkiyədə bələdiyyə sədri həbs edildi
Dünya
278
26 May 2026 | 23:40

Türkiyədə bələdiyyə sədri həbs edildi

Türkiyənin İzmir şəhərində Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Güzelbahçe Bələdiyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Haber7.com portalı məlumat yayıb.

Baş Prokurorluq əməliyyatın "cinayət törətmək məqsədilə dəstə yaratmaq", "rüşvətxorluq", "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "şəhərsalma və tikinti qanunvericiliyinin pozulması" ittihamları əsasında həyata keçirildiyini açıqlayıb.

Əməliyyat zamanı Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan Güzelbahçe Bələdiyyəsinin sədri Mustafa Günay, bələdiyyənin keçmiş sədri Mustafa İnce və bələdiyyənin Memarlıq və Şəhərsalma şöbəsinin müdiri də daxil olmaqla azı beş nəfər saxlanılıb.

Saxlanılan şübhəli şəxslər ilkin dindirmədən sonra məhkəməyə çıxarılıblar.

Məhkəmənin qərarı ilə Güzelbahçe Bələdiyyəsinin sədri Mustafa Günay və Memarlıq şöbəsinin müdiri Özgür Bayraktar barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat zamanı saxlanılan digər üç nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Link kopyalandı!
Son xəbərlər