00:00
20°C
Bakı
Ermənistan və ABŞ yaxın vaxtlarda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişini yekun olaraq imzalayacaqlar.
Moderator.az "Armenpress" agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nor Açində keçirilən seçkiqabağı kampaniya zamanı bildirib.
"Ermənistan və ABŞ TRIPP layihəsinin icrasına dair sazişin mətnini razılaşdırıblar. TRIPP layihəsi reallığa çevrilir. Mətn razılaşdırılıb və yekun imzalanmaya hazırdır. Bu, yaxın vaxtlarda baş tutacaq", - deyə Paşinyan vurğulayıb.