“New York Post”: Türkiyədə saxlanılan SEPAH-la əlaqəli şəxs İvanka Trampa sui-qəsd planı hazırlayıb
Dünya
148
13:37, Bu gün

“New York Post”: Türkiyədə saxlanılan SEPAH-la əlaqəli şəxs İvanka Trampa sui-qəsd planı hazırlayıb

Türkiyədə həbs olunaraq ABŞ-a ekstradisiya edilən şəxs İvanka Trampa qarşı sui-qəsd planı hazırlayıb.

Moderator.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Belə ki, İranla (SEPAH) əlaqəli olduğu iddia edilən bu şəxs 2020-ci ildə Qasim Süleymaninin öldürülməsinə cavab olaraq Donald Trampın qızı İvanka Trampa qarşı sui-qəsd planı hazırlayıb.

“New York Post” yazır ki, 32 yaşlı iraqlı Məhəmməd Baqir Saad Davud əl-Saadi İvanka Trampı öldürməyə and içib və onun Florida ştatındakı evinin planını əldə edib.

Məlumata əsasən, şübhəli şəxs Süleymaninin ölümündən sonra Tramp ailəsini hədəfə alaraq intiqam almağı planlaşdırıb.

Xəbərdə qeyd olunur ki, əl-Saadi 15 may tarixində Türkiyədə saxlanılıb və daha sonra ABŞ-a təhvil verilib.

O, ABŞ və Avropada bir sıra hücum və hücum cəhdlərində iştirakda ittiham olunur. ABŞ tərəfi və şübhəlinin vəkili məsələ ilə bağlı mediaya şərh verməyib.

Hazırda o, Bruklindəki həbsxanada təkadamlıq kamerada saxlanılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər