Gəmiqayırma zavodunda partlayış - Ölən və xeyli yaralı var
Dünya
147
11:20, Bu gün

Gəmiqayırma zavodunda partlayış - Ölən və xeyli yaralı var

Nyu-Yorkda (ABŞ) gəmiqayırma zavodunda baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, azı 36 nəfər xəsarət alıb.

Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, zərərçəkənlərin əksəriyyəti yanğınsöndürənlər və digər xilasedicilərdir.

Hadisə nəticəsində həlak olan şəxsin isə mülki vətəndaş olduğu açıqlanıb.

Hazırda partlayışın başvermə səbəbləri araşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər