Dünya
312
20:50, Bu gün

"Ankoric ruhu" dağıldı, Vaşinqtonun təsiri zəifləyir" - "Foreign Policy"

"ABŞ vasitəçiliyi iflasa uğrayır, Kiyev və Moskva yeni yol axtarır..."

ABŞ-ın Ukrayna müharibəsi ilə bağlı vasitəçilik səyləri gözlənilən nəticəni verməyib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Foreign Policy" nəşri yazıb.

Vaşinqtonun sülh planı nəticə vermədi

Nəşr yazır ki, həm Kiyev, həm də Moskva artıq Vaşinqtonun vasitəçiliyinə əvvəlki kimi inanmır və alternativ danışıqlar platformaları axtarmağa başlayıb. ABŞ dövlət katibi Marko Rubio də təsdiqləyib ki, hazırda ABŞ Ukrayna və Rusiya arasında birbaşa sülh danışıqları aparmır. Onun sözlərinə görə, Vaşinqton yalnız uğur şansı görəcəyi halda yenidən prosesə qoşula bilər.

"Ankoric ruhu" yoxa çıxdı

Məqalədə qeyd olunur ki, ötən il Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən sonra Moskva "Ankoric ruhu" ifadəsini tez-tez işlədirdi və bunu münasibətlərdə dönüş nöqtəsi sayırdı. Lakin indi Kreml həmin ritorikadan tamamilə uzaqlaşıb. Rusiya prezidentinin müşaviri Yuri Uşakov artıq "Ankoric ruhu" ifadəsini heç vaxt işlətmədiyini bildirib.

Donald Trampın komandası əvvəlcə münaqişənin həlli üçün fəal vasitəçilik etməyə çalışsa da, danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Moskva Donbas üzərində tam nəzarət tələbindən geri çəkilmir, ABŞ isə Kiyevə ciddi təzyiq göstərmək istəmir və ya buna hazır deyil.

Avropa yeni vasitəçi roluna hazırlaşır

Məqaləyə görə, ABŞ-ın təsir imkanlarının zəifləməsi fonunda həm Ukrayna, həm də Rusiya Avropanın iştirakı ilə yeni danışıq formatına açıq olduqlarını bildiriblər. Ukrayna prezidenti Vladimir Zelenski artıq Avropa İttifaqı rəhbərliyi ilə mümkün xüsusi nümayəndə məsələsini müzakirə edib.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin vasitəçi kimi Almaniyanın keçmiş kansleri Gerhard Şröderin namizədliyini irəli sürsə də, Avropa liderləri buna isti yanaşmayıb. Ekspertlərin fikrincə, Avropa ABŞ-dən fərqli olaraq Ukraynaya təzyiq siyasəti aparmaq niyyətində deyil. Lakin Avropa İttifaqı daxilində Rusiyaya münasibətdə ciddi fikir ayrılıqları qalır və bu da vahid mövqenin formalaşmasını çətinləşdirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər