Ermənistanın “Cermuk” mineral suyunun Rusiyaya idxalı yenidən dayandırılıb
Dünya
234
20:07, Bu gün

Ermənistanın “Cermuk” mineral suyunun Rusiyaya idxalı yenidən dayandırılıb

“Rospotrebnadzor” Rusiya Federasiyasına Ermənistanın “Cermuk” mineral suyunun idxalını və satışını yenidən dayandırıb.

Moderator.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor” məlumat yayıb.

Bildirilib ki, həddindən artıq bikarbonat tərkibinə görə mineral suyun idxalı və satışı dayandırılıb.

Qurumdan o da bildirilib ki, məhsul etiketdə göstərilən məlumatlara uyğun deyil və bu, Avrasiya İqtisadi İttifaqının texniki reqlamentinin tələblərini pozur.

Qeyd edilib ki, məhsulların müalicəvi xüsusiyyətləri haqqında yanlış məlumatlar səmərəsiz müalicəyə və sağlamlığın pisləşməsinə səbəb ola bilər.

“Rospotrebnadzor” Avrasiya İqtisadi Komissiyasına və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin səlahiyyətli orqanlarına müvafiq bildirişlər göndərib.

Qeyd edək ki, mayın 22-dən etibarən Rusiya Ermənistandan gül idxalına da qadağa qoyub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər