Mitinqdə Paşinyana qarşı təxribat - Separatçılar dava saldılar - VİDEO
Dünya
237
21:17, Bu gün

Mitinqdə Paşinyana qarşı təxribat - Separatçılar dava saldılar - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan son 24 saat ərzində ikinci dəfə dava ilə nəticələnən hadisə ilə üzləşib.

Moderator.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistan televiziya kanalları tərəfindən yayılan video görüntülərdə separatçı Artur Osipyanın Paşinyana yaxınlaşaraq onu milyardlarla dolları nəzarətsiz xərcləməkdə ittiham edib.

Paşinyan cavab olaraq hər şeyin nəzarət altında olduğunu bildirib. Nəticədə, bir sıra sərt çıxışlardan sonra baş nazir Osipyana “buradan rədd ol” deyə qışqırıb.

“Rədd ol, sən kimsən, oğru vəhşi”, – Paşinyan hiddətini gizlətməyib. Ermənistan Baş nazirinin bu sözlərindən sonra onun tərəfdarları Osipyanı kənara itələməyə çalışıblar.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, nəticədə sonuncu xuliqanlıq şübhəsi ilə saxlanılaraq Arabkir polis bölməsinə aparılıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər