Ərdoğan: Avropa dövlətləri Türkiyə ilə əməkdaşlığın yollarını axtarır
Dünya
152
22:40, Bu gün

Ərdoğan: Avropa dövlətləri Türkiyə ilə əməkdaşlığın yollarını axtarır

Avropa dövlətləri Türkiyə ilə əməkdaşlığın yollarını axtarır.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra xalqa müraciətində deyib.

"Türkiyənin müdafiə sənayesinə maraq artıb", - o bildirib və əlavə edib ki, İstanbulda Avropanın ən böyük hərbi sərgisi olan "SAHA 2026"nın diqqətlə izlənilməsi bunun isbatıdır.

"İllərlə bizi yox sayanlar, bizi ciddi qəbul etməyənlər, bizə xəstə adam münasibəti göstərənlər Türkiyənin uğurları qarşısında heyranlıqlarını gizlədə bilmirlər. Türk müdafiə sənayesi bütün dünyanın qibtə ilə izlədiyi bir inkişaf yolu keçir", - Türkiyə lideri vurğulayıb.

Qeyd edək ki, Berlində Türkiyə-Almaniya Strateji Dialoq Mexanizmi Toplantısı keçirilib və hər iki ölkə tərəfdaşlığın əhəmiyyətini qabardıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər