Hindistan şirkəti ABŞ-yə 275 milyon dollar ödəyəcək
Dünya
142
22:50, Bu gün

Hindistan şirkəti ABŞ-yə 275 milyon dollar ödəyəcək

Hindistanda yerləşən "Adani Enterprises" şirkəti İrana qarşı ABŞ sanksiyalarının pozulması iddiaları səbəbindən Vaşinqtona 275 milyon dollar ödəməyə razılaşıb.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Məlumata görə, "Adani Enterprises" şirkəti İrana qarşı sanksiyalara əməl olunmaması ilə bağlı mümkün məhkəmə iddiasının qarşısını almaq üçün bu addımı atıb.

ABŞ tərəfi iddia edir ki, şirkət 2023-cü ilin noyabrından 2025-ci ilin iyununadək Dubaydakı treyder vasitəsilə İrandan mayeləşdirilmiş səmt qazı alıb. Bildirilir ki, həmin yanacaq Oman və İraq mənşəli məhsul kimi təqdim olunub. Vaşinqtonun Tehrana qarşı məhdudiyyətlərinə baxmayaraq, ABŞ-də yerləşən maliyyə institutları "Adani Enterprises"in iştirakı ilə ümumi məbləği 192 milyon dollardan çox olan 32 əməliyyatı həyata keçirib.

"Adani Enterprises" Hindistanın iri sənaye konqlomeratı olan "Adani Group"un əsas şirkətidir. Qrup enerji, kənd təsərrüfatı və müdafiə sənayesi sahələrində fəaliyyət göstərir. Konqlomerata Hindistandakı ən iri 14 özəl dəniz limanı və yeddi hava limanı daxildir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər