NATO daxilində görünməmiş gərginlik: ABŞ və Kanada arasında hərbi əməkdaşlıq dayandırıldı
Dünya
83
23:07, Bu gün

NATO daxilində görünməmiş gərginlik: ABŞ və Kanada arasında hərbi əməkdaşlıq dayandırıldı

Vaşinqton ABŞ və Kanadanın Daimi Birgə Müdafiə Şurasının fəaliyyətini dayandırıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərb nazirinin müavini Elbric Kolbi "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, qərarın səbəbi Ottavanın müdafiə öhdəliklərini yerinə yetirməkdə yetərli irəliləyiş əldə etməməsidir.

"Təəssüf ki, Kanada müdafiə öhdəliklərinin icrasında irəliləyiş nümayiş etdirə bilmədi. Pentaqon Daimi Birgə Müdafiə Şurasının fəaliyyətini dayandırır", - deyə Kolbi qeyd edib.

O əlavə edib ki, ümumi kontinental müdafiə yalnız ölkələrin ortaq coğrafiyasının qəbul olunması şəraitində mümkündür.

ABŞ və Kanada arasında fəaliyyət göstərən şura 1940-cı ildə yaradılıb. Qurumun ekspertləri müdafiə sahəsində strateji araşdırmalar aparır və hərbi qurumlara tövsiyələr verirdilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər