İsrail ordusu “şərin memarı” adlandırdığı HƏMAS-ın yüksəkvəzifəli şəxsin öldürüldüyünü açıqlayıb.
Moderator.az xəbər verir ki, Fox Newsun yaydığı məlumata görə, həmin şəxs əməliyyat zamanı özünü girovlarla əhatəyə alaraq gizlənməyə çalışıb, hələlik onun adı açıqlanmır.
Lakin İsrailin bəzi yerli media orqanları xəbər verilir ki, öldürülən şəxs HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının rəhbərlərindən biri Mohammed Sinvardı və Briqadanın komandanı Yahya Sinwarın qardaşıdır.
İsrail hərbçilərinin açıqlamasına görə, həyata keçirilən xüsusi əməliyyat nəticəsində hədəf zərərsizləşdirilib. Rəsmi mənbələr onun uzun müddətdir regionda terror və zorakılıq planlarının əsas təşkilatçılarından biri hesab edildiyini vurğulayıb.
Hadisənin detalları tam açıqlanmasa da, əməliyyatın yüksək təhlükəsizlik şəraitində həyata keçirildiyi qeyd olunur. İsrail tərəfi bunu regiondakı təhlükəsizliyə qarşı təhdidlərin qarşısının alınması istiqamətində mühüm addım kimi qiymətləndirib.