Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
Dünya
381
12:17, Bu gün

Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı

İtaliya Baş naziri Corciya Meloni Modenada avtomobilin piyadaları vurması ilə bağlı vəziyyətə görə işgüzar səfərdə olduğu Kiprdən təcili ölkəyə qayıdıb.

Moderator.az xəbər verir ki, bu barədə TASS İtaliya hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Meloni gün ərzində İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə Modenaya səfər edərək xəstəxanalardakı yaralıları ziyarət etməyi planlaşdırır.

Qeyd edək ki, İtaliyanın Modena şəhərində 31 yaşlı şəxs idarə etdiyi avtomobili insanların üzərinə sürüb. Hadisə nəticəsində azı 10 nəfərin yaralandığı bildirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər