Konqoda yeni Ebola epidemiyası yayıldı: 80 ölü
Dünya
173
21:36, Bu gün

Konqoda yeni Ebola epidemiyası yayıldı: 80 ölü

Konqonun şərqində yerləşən İturi əyalətində yeni Ebola epidemiyası nəticəsində azı 80 nəfər həyatını itirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
 
Xəstəlik ocaqları Rvampara, Monqvalu tibb zonalarında və əyalətin inzibati mərkəzi olan Buniya şəhərində qeydə alınıb. Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi 246 yoluxma halının aşkarlandığını bildirib.
 
Mütəxəssisləri xüsusilə narahat edən məqam aşkarlanan Bundibucyo ştamının Konqoda əvvəlki 16 epidemiyadan 15-nə səbəb olmuş Zair ştamından fərqlənməsidir. Mövcud vaksin və müalicə üsulları əsasən Zair ştamına qarşı hazırlanıb ki, bu da hazırkı epidemiya ilə mübarizəni çətinləşdirir.
 
Bundan əlavə, yoluxmanın yayıldığı ərazilər Uqanda və Cənubi Sudan sərhədlərinə yaxın yerləşir. Regionda əhali miqrasiyasının yüksək olması və aktiv mədən fəaliyyəti də vəziyyəti ağırlaşdırır.
 
Uqanda Səhiyyə Nazirliyi də eyni virus ştamına yoluxmuş Konqo vətəndaşının paytaxt Kampalada öldüyünü açıqlayıb. Bildirilib ki, yoluxma Konqodan gətirilib və hazırda yerli yayılma qeydə alınmayıb.
 
Bu epidemiya Ebola virusunun 1976-cı ildə ilk dəfə aşkarlandığı vaxtdan bəri Konqoda qeydə alınan 17-ci epidemiya hesab olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər