WUF13 qeydiyyat mərkəzində iş tam sürətlə davam edir - VİDEO
Siyasət
121
22:20, Bu gün

WUF13 qeydiyyat mərkəzində iş tam sürətlə davam edir - VİDEO

WUF13 qeydiyyat mərkəzində iş tam sürətlə davam edir.

Moderator.az xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat və video paylaşılıb.

 

 

"Komandamız bütün iştirakçılar üçün fasiləsiz, səmərəli və yaxşı təşkil olunmuş qeydiyyat və akkreditasiya prosesinin təmin edilməsi üzərində intensiv şəkildə çalışır", - paylaşımda bildirilib.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər