KİV: ABŞ Raul Kastronun ələ keçirilməsi üzrə əməliyyata hazırlaşa bilər
Dünya
99
21:13, Bu gün

KİV: ABŞ Raul Kastronun ələ keçirilməsi üzrə əməliyyata hazırlaşa bilər

ABŞ Kuba inqilabının liderlərindən biri və ölkənin sabiq rəhbəri Raul Kastronun ələ keçirilməsi üzrə əməliyyat keçirmək variantını istisna etmir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən yazıb.
 
Bundan əvvəl ABŞ mediası 95 yaşlı Kastroya qarşı ittihamların hazırlanması barədə məlumat yayıb. Bildirilir ki, ittihamlar 1996-cı ildə Kubanın Hərbi Hava Qüvvələrinin Mayamidə yerləşən "Brothers to the Rescue" mühacir təşkilatının iki təyyarəsini vurması ilə bağlı ola bilər.
 
"The New York Times" xatırladır ki, 2026-cı ilin yanvarında Vaşinqton Venesuela prezidenti Nikolas Maduroya qarşı federal ittihamlardan ölkəyə müdaxilə və onun saxlanılması üçün əsas kimi istifadə etmişdi.
 
Nəşrin məlumatına görə, ABŞ rəsmiləri Kubada da "Venesuela ssenarisi"nin tətbiq oluna biləcəyini istisna etmirlər.
 
Bununla belə, bəzi mənbələrin fikrincə, bu variant ABŞ rəhbərliyi tərəfindən təsdiqlənməyə bilər. Bununla belə, Kastronun mümkün saxlanılması təhlükəsinin Havana hökumətini Vaşinqtona güzəştə getməyə məcbur edə biləcəyi iddia olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər