Dünya
157
20:00, Bu gün

"Rusiya 2029-cu ilə qədər NATO-ya hücum edə bilər" - Alman generalı

"Berlin və London hərbi rəhbərliyi Moskvanın hərbi güclənməsinin yeni təhlükə yaratdığını bildirir..."

Almaniya Silahlı Qüvvələrinin baş inspektoru Carsten Broyyer xəbərdarlıq edib ki, Rusiya 2029-cu ildən gec olmayaraq NATO ölkələrinə hücum edə biləcək potensiala sahib ola bilər.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

NATO üçün artan risk

"Bildirilən bütün göstəricilər - silahlanmanın artırılması, şəxsi heyətin genişləndirilməsi, iqtisadi və siyasi proseslər 2029-cu ili bir nöqtədə birləşdirir. Bu, daha tez də baş verə bilər", - deyə o, "Süddeutsche Zeitung" nəşrinə  bildirib.

Londonun qiymətləndirməsi və NATO daxilində narahatlıq

Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Riçard Nayton də eyni meyli təsdiqləyib, lakin konkret tarix açıqlamayıb. Onun sözlərinə görə, Rusiya Ukraynadakı müharibə təcrübəsindən öyrənir və yeni hərbi texnologiyalar inkişaf etdirir. Nayton qeyd edib ki, Vladimir Putinin suveren ölkələrə hücum etmək istəyi artıq praktik olaraq sübut olunub və Rusiya sərhədinə yaxın bölgələrdə bu təhlükə daha kəskin hiss olunur.

Almaniyanın hərbi planları və ABŞ faktorunun zəifləməsi

Karsten Broyyer bildirib ki, NATO-nun əsas problemi Rusiya ilə bağlıdır və "başqa heç bir istiqamət prioritet deyil". Onun sözlərinə görə, Almaniya ordusu "dərhal döyüşə hazır" səviyyəyə çatdırılmalıdır. Eyni zamanda Almaniya ABŞ istehsalı uzaqmənzilli "Tomahawk" raketlərinin alınmasını sürətləndirməyə çalışır. 

Əvvəl planlaşdırılan ABŞ raketlərinin Almaniyada yerləşdirilməsi isə Vaşinqtonun qərarı ilə ləğv olunub. Bu dəyişikliklər ABŞ prezidenti Donald Tramp administrasiyasının Avropadakı hərbi siyasətinə dair yeni suallar yaradıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər