20:42
20°C
Bakı
Venesuelada dövlət neft şirkəti olan PDVSA-nın qaz emalı müəssisəsində güclü yanğın baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Müəssisə Marakaybo gölündə yerləşir. Məlumata görə, işçilər yanğını söndürməyə cəhd ediblər, nəticədə azı iki işçi yaralanıb, digərləri isə suya tullanıblar.
PDVSA 1976-cı ildə yaradılıb. Bu, neft və qaz hasilatı, kəşfiyyatı, emalı və ixracı üzrə inhisar hüququna malik olan, tamamilə Venesuela hökumətinə məxsus ölkənin ən böyük şirkətidir.