Kiyevdə şok həbs - Andrey Yermak dəmir barmaqlıqlar arxasında
Dünya
267
11:30, Bu gün

Kiyevdə şok həbs - Andrey Yermak dəmir barmaqlıqlar arxasında

Ukraynanın daxili siyasətində zəlzələ effekti yaradan hadisə baş verib.
 
Moderator.az xəbər verir ki, Kiyev Ali Antikorrupsiya Məhkəməsi Ukrayna Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermak barəsində həbs qətimkan tədbiri seçib.
 
Məhkəmənin qərarına əsasən, Yermak korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılıb. Bununla belə, məhkəmə sabiq rəsmə sərbəst qalmaq imkanı da tanıyıb. Belə ki, Andrey Yermak 140 milyon qrivna (təxminən 3,2 milyon dollar) məbləğində girov ödəyəcəyi təqdirdə həbsdən çıxa bilər.
 
Ukrayna hüquq-mühafizə orqanları hələlik ittihamın detalları barədə geniş məlumat verməsə də, bu addım ölkənin ali rəhbərliyindəki "təmizləmə" əməliyyatlarının ən yüksək nöqtəsi hesab olunur.
 
Ekspertlər Yermakın həbsini Ukraynanın daxili siyasi konfiqurasiyasının dəyişməsi və Qərb tərəfdaşlarının korrupsiya ilə mübarizə tələblərinin güclənməsi ilə əlaqələndirirlər. Sabiq ofis rəhbərinin vəkilləri qərarın ədalətsiz olduğunu bildirərək apellyasiya şikayəti verəcəklərini bəyan ediblər. Hazırda Kiyevdə siyasi gərginlik artır və bu həbsin digər yüksək vəzifəli şəxslərə təsir edəcəyi gözlənilir. Ukrayna ictimaiyyəti və beynəlxalq müşahidəçilər məhkəmə prosesinin gedişini yaxından izləyir. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər