Bizi sosial şəbəkələrdən izləyin:
Mayın 16-dan başlayaraq Bakı-Qəbələ-Bakı xətti ilə hərəkət edən qatarlar Kürdəmir stansiyasında da dayanacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat yayıb.
Bildirilib ki, bununla da, ADY-nin bütün rayonlararası marşrutları ilə Kürdəmirə səfər etmək mümkün olacaq.