WSJ: Tramp administrasiyası 250 nəfərin əfv edilməsi imkanını araşdırır
Dünya
210
13 May 2026 | 23:50

WSJ: Tramp administrasiyası 250 nəfərin əfv edilməsi imkanını araşdırır

ABŞ administrasiyası Prezident Donald Tramp tərəfindən 250 nəfərin əfv edilməsi imkanını nəzərdən keçirir.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, belə bir addım Birləşmiş Ştatların qurulmasının 250 illiyinə həsr oluna bilər.

Qeyd olunur ki, müvafiq plan üzərində iş hələlik ilkin mərhələdədir. Əfvlər barədə elan 4 iyul - ABŞ-nin Müstəqillik Günündə, yaxud 14 iyun - Amerika Prezidentinin ad günü ilə üst-üstə düşən Bayraq Günündə verilə bilər.

Qəzetin yazdığına görə, bu məsələ üzrə yekun qərar Trampın ixtiyarındadır.

Nəşr həmçinin qeyd edir ki, Ağ Ev nümayəndələrinin bir hissəsi bu təşəbbüslə bağlı narahatlıq ifadə edir, çünki Trampın əfv siyasəti artıq həm demokratlar, həm də respublikaçılar tərəfindən tənqidə məruz qalıb.

WSJ-nin məlumatına görə, Tramp özünün ikinci prezidentlik müddətində artıq 1 600-ə yaxın əfv imzalayıb ki, bu da ABŞ prezidentləri arasında rekord göstəricidir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər