Amerikalı basketbolçu 29 yaşında dünyasını dəyişdi
Dünya
162
12 May 2026 | 23:20

Amerikalı basketbolçu 29 yaşında dünyasını dəyişdi

ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Memfis Qrizzliz" klubunun hücumçusu Brendon Klark 29 yaşında dünyasını dəyişib.

 

Moderator.az xəbər verir ki, bu barədə TMZ nəşrinə məlumat yayıb. İdmançının ölüm səbəbi barədə hələlik heç bir məlumat verilmir.

 

Klark 2019-cu ildə keçirilən NBA draftında "Memfis" tərəfindən 21-ci nömrə altında seçilmişdi və bütün karyerasını məhz bu komandada keçirmişdi.

 

Qeyd edək ki, ötən ay Klark Arkanzas ştatında qadağan olunan maddələr saxlamaq, həmçinin sürət həddini aşmaq və düzgün ötmə əməliyyatı etməmək ittihamı ilə həbs olunub. O, hadisənin ertəsi günü girov müqabilində sərbəst buraxılıb.

 

Brendon Klark Ca Morantla birlikdə "Qrizzliz"in heyətində ən uzun müddət çıxış edən basketbolçu idi.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər