Tramp hesab edir ki, Ukrayna böhranı tezliklə həll olunacaq
Dünya
149
12 May 2026 | 23:10

Tramp hesab edir ki, Ukrayna böhranı tezliklə həll olunacaq

ABŞ Prezidenti Donald Tramp Ukrayna ətrafındakı münaqişənin yaxın zamanda nizamlanacağına inandığını bildirib.

Moderator.az xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı, Çinə yola düşməzdən əvvəl danışıb.

“Düşünürəm ki, Ukraynadakı münaqişənin başa çatması artıq çox yaxındır”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti həmçinin bildirib ki, Ukraynada nizamlanmaya yardım etmək üçün əlindən gələn hər şeyi etməyə hazırdır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər