Dünya
156
19:20, Bu gün

"MV Hondius" gəmisindən sərnişinlərin təxliyəsində iştirak edən əməkdaş vəfat edib

"MV Hondius" gəmisində hantavirusun yayılmasından sonra sərnişinlərin təxliyəsində iştirak edən İspaniya Mülki Qvardiyasının əməkdaşı ürək çatışmazlığından vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, əməkdaş İspaniya hakimiyyətinin ÜST ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyatda iştirak edib. Əməliyyatın məqsədi "MV Hondius" gəmisində olan şəxslərin Puerto-de-Qranadilya limanından hava limanına təhlükəsiz şəkildə çatdırılması və repatriasiyası olub.

Tedros Adhanom Qebreyesus bildirib ki, hadisədən dərhal sonra limanda olan xilasedicilər reanimasiya tədbirlərinə başlayıblar, lakin kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bundan əvvəl "MV Hondius" gəmisinin Tenerife adasına çatdığı və sərnişinlərin, eləcə də heyətin bir hissəsinin təxliyəsinə başlanıldığı bildirilmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər