Avropa Komissiyası (AK) iyun ayında Kiyevə 90 milyard avroluq maliyyələşdirmə proqramından ümumilikdə 9.1 milyard avro ayırmaq niyyətindədir.
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari məlumat verib.
"Avropa Komissiyası iyun ayında, yəni ikinci rübün sonuna qədər Ukraynaya təxminən 9 milyard avro yönləndirmək niyyətindədir. Bu məbləğin 5.9 milyard avrosu hərbi ehtiyaclara, 3.2 milyard avrosu isə makromaliyyə yardımına (Ukrayna büdcəsinin birbaşa maliyyələşdirilməsi - red.) sərf ediləcək", - Balaş Uyvari bildirib.
O təsdiqləyib ki, ilk hərbi tranş Ukrayna üçün PUA-ların (Pilotsuz Uçuş Aparatı - dron) alınmasına yönəldiləcək və Avropa Komissiyası artıq sonrakı tranşlar üçün silah alışı proqramları üzərində işləyir.