Həbsxanada yanğın baş verdi - Xeyli yaralı var
Dünya
145
18:30, Bu gün

Həbsxanada yanğın baş verdi - Xeyli yaralı var

Almaniyanın cənub-qərbindəki "Rohrbach" həbsxanasında baş verən yanğın nəticəsində doqquz nəfər xəsarət alıb.

Moderator.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Bildirilib ki, yanğın səhər saatlarında müəssisənin qadınlar olan bölməsində baş verib. Alov tez bir zamanda yayılıb və hər iki cinsdən olan məhbusların yaşadığı binanı qatı tüstü bürüyüb.

Qeyd olunur ki, yanğın zamanı dörd məhbus, eyni sayda həbsxana işçisi və bir yanğınsöndürən xəsarət alıblar.

Onlar təcili yerli tibb müəssisələrinə yerləşdiriliblər. Məhbuslardan birinin vəziyyəti ağır olub, o, helikopterlə başqa klinikaya təxliyə edilib.

Hadisənin qəsdən törədilməsi ehtimalı araşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər