17:43
22°C
Bakı
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Moderator.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilib.
Məlumata görə, sanksiya siyahısına daha 85 maddə əlavə olunub.
Məhdudiyyətlərə məruz qalanlar arasında "Rosmolodeji"nin rəhbəri Qriqori Qurov, "Yunarmiya" hərəkatının lideri Vladislav Qolovin, Sosial Layihələşdirmə Agentliyinin əməkdaşları, İnternet İnkişafı İnstitutu və digərləri var.