İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
Dünya
211
08:51, Bu gün

İran Hörmüzdən sui-istifadə etməyə başlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli media qurumları Hörmüz boğazından keçən dənizaltı fiber-optik kabellərə nəzarət etmək üçün maliyyə və hüquqi mexanizmlərin tətbiqini təklif ediblər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
 
Xüsusilə, agentlik bildirib ki, bu strateji dəniz dəhlizindən keçən kabellər qlobal rəqəmsal infrastruktur və beynəlxalq maliyyə əməliyyatları üçün vacibdir. Nəşr iddia edir ki, iri maliyyə əməliyyatları, bank mesajları, valyuta əməliyyatları və fond birjası fəaliyyəti ilə bağlı məlumatlar gündəlik olaraq bu xətlər vasitəsilə ötürülür.
 
Bu fonda nəşr xarici şirkətlərdən ilkin icazələr və infrastrukturdan istifadə hüququnun illik yenilənməsi üçün rüsum almağı təklif edib. Bundan əlavə, "Tasnim", Meta, Amazon və Microsoft da daxil olmaqla, böyük texnologiya korporasiyalarının İranın qanunlarına uyğun fəaliyyət göstərməsini müdafiə edib.
 
Materialda həmçinin bu cür kabellərin təmiri və texniki xidmətinin yalnız İran şirkətlərinə həvalə edilməsinin zəruriliyindən bəhs olunur.
 
SEPAH-a bağlı digər bir xəbər agentliyi olan "Fars" da Asiya, Avropa və Yaxın Şərqi birləşdirən onlarla sualtı fiber-optik kabellərin Hörmüz boğazından keçdiyini qeyd edib.
 
Nəşr xəbərdarlıq edib ki, bu xətlərin zədələnməsi bir neçə ölkənin internet və rəqəmsal iqtisadiyyatında genişmiqyaslı pozuntulara səbəb ola bilər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər