18:49
21°C
Bakı
Yaxın Şərqdəki münaqişə ilə bağlı ABŞ ilə fikir ayrılıqlarına baxmayaraq, Avropa NATO-nun fəaliyyətini qorumaq niyyətindədir.
Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts İsveçin Baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İsveç və Finlandiyanın üzvlüyü NATO-nun Avropa komponentini gücləndirib.
"Biz həqiqətən bu alyansı gələcəkdə qorumağa hazırıq", - o vurğyulayıb.
Merts qeyd edib ki, Avropa ilə ABŞ arasında fikir ayrılıqları olsa da, ortaq məqsəd İranın nüvə silahı yaratmasının qarşısını almaqdır.