Bəhreyndə SEPAH-la əlaqəli 41 nəfər həbs edilib
Dünya
116
14:50, Bu gün

Bəhreyndə SEPAH-la əlaqəli 41 nəfər həbs edilib

Bəhreyndə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli 41 nəfər həbs edilib.

Moderator.az xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, həbs edilən şəxslər İrana casusluqda təqsirli bilinirlər.

Nazirlik həbs edilən 41 nəfərin SEPAH-ın Bəhreyndəki əsas fiqurları olduğunu açıqlayıb.

“Bu təşkilatın fəaliyyətlərində iştirak edən və qeyri-qanuni əməllər törədən istənilən şəxs barəsində lazımi tədbirlərin görülməsi üçün araşdırmalar davam edəcək”, - Bəhreyn DİN-in məlumatında deyilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər