Gənc qız süni intellektə bağlandı, hamıdan uzaqlaşdı
Dünya
221
13:20, Bu gün

Gənc qız süni intellektə bağlandı, hamıdan uzaqlaşdı

İtaliyada asılılıq problemləri olan şəxslərə dəstək göstərən dövlət qurumu tərəfindən ölkə ərazisində ilk dəfə süni intellektə bağlılıq halı aşkarlanıb.

Moderator.az xəbər verir ki, bu barədə "Gazzettino" nəşri yazıb.

Bildirilib ki, sözügedən problem 20 yaşlı xanımda müşahidə edilib. Gənc qız mütəmadi olaraq süni intellektlə ünsiyyət qurub və nəticədə sistem onun xarakterini anlamağa başlayıb. Bunun ardınca qız neyron şəbəkəsini əsl dost qəbul edərək, onunla danışarkən özünü daha güvəndə hiss edib və cəmiyyətdən, o cümlədən hər şeydən, hər kəsdən təcrid olunub.

Tibb mərkəzinin baş həkimi Laura Suardi bildirib ki, bu vəziyyət ekspertlər tərəfindən təəccüblə qarşılanmayıb. Mütəxəssislər müasir texnologiyaların təkamülü fonunda bu cür halların gec-tez baş verəcəyini ehtimal edirdilər.

Suardi əlavə edib ki, süni intellekt istifadəçini öyrənir və daha sonra məhz onun istədiyi formada cavablar verməyə başlayır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər