Tramp Rusiya və Ukrayna arasında atəşkəsin uzadılması ehtimalından danışdı
Dünya
134
11:40, Bu gün

Tramp Rusiya və Ukrayna arasında atəşkəsin uzadılması ehtimalından danışdı

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında atəşkəsin uzadılması ehtimalının olduğunu bəyan edib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərlə söhbətində məlumat verib.

"Belə bir razılaşma ola bilər. Atəşkəsin əhəmiyyətli dərəcədə uzadılmasını görmək istəyirəm. Mən istərdim ki, bu münaqişə başa çatsın" - deyə Ağ Ev rəhbəri bildirib.

Xatırladaq ki, Rusiya lideri Vladimir Putinin qərarına uyğun olaraq, 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə rəsmi Moskva mayın 8-də yerli vaxtla 00:00-dan mayın 10-a qədər atəşkəs elan edib.

Dünən Rusiya ilə ABŞ arasında telefon əlaqələri, həmçinin Vaşinqtonun Kiyevlə qarşılıqlı əməkdaşlığı nəticəsində 9-11 may tarixlərində atəşkəs barədə razılıqlar əldə edilib.

Bundan əlavə, Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynada münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün nümayəndələrini Moskvaya göndərə bilər:

"Yaxşı, mən bunu edərdim. Münaqişənin həllinə kömək edəcəyimə qərar versəm, belə addım atacağam".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər