ABŞ Almaniyadakı hərbi qüvvələrini Polşaya köçürmək istəyir
Dünya
160
11:20, Bu gün

ABŞ Almaniyadakı hərbi qüvvələrini Polşaya köçürmək istəyir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Almaniyada yerləşən hərbi qüvvələrini Polşaya dislokasiya edə bilər.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Ağ Evin Cənub çəmənliyində (mühüm dövlət tədbirləri, qarşılanma mərasimləri və istirahət üçün istifadə edilən simvolik məkan - red.) mətbuat nümayəndələrinə müsahibə verən dövlət başçısı Polşa hakimiyyəti ilə yüksək səviyyəli şəxsi əlaqələrinin olduğunu vurğulayıb.

Mövzu ilə bağlı suala ABŞ liderinin cavabı bu cür olub:

"Belə bir addımın atılması mümkündür".

Xatırladaq ki, aprelin 29-da ABŞ lideri Vaşinqtonun Almaniyadakı hərbi heyətinin sayını azaltmaq niyyətində olduğunu və yaxın müddətdə yekun qərar qəbul edəcəyini açıqlamışdı. Hökumətin bu qərarının dəqiq səbəbləri rəsmən göstərilməsə də, bəyanat Almaniya kansleri Fridrix Mertsin Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatlarını pisləməsi və Vaşinqtonu konkret strategiyanın yoxluğunda ittiham etməsindən sonra ortaya çıxıb. Mayın 1-də isə hərb nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell Pentaqon rəhbəri Pit Heqsetin Almaniyadan 5 min ABŞ hərbçisinin geri çağırılması barədə göstəriş verdiyini elan edib. O əlavə edib ki, hərbi kontingentin ölkədən çıxarılması prosesinin qarşıdakı 6-12 ay ərzində yekunlaşması planlaşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər