11:30
22°C
Bakı
Rusiyanın Kamçatka bölgəsinin akvatoriyasında 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskdan 1 428 kilometr şərqdə yerləşib.
Zəlzələ ocağı 26 kilometr dərinlikdə olub.