Smartfon niyə donur? - Problemin həlli üçün ekspert məsləhətləri
Dünya
77
08:10, Bu gün

Smartfon niyə donur? - Problemin həlli üçün ekspert məsləhətləri

Vaxt keçdikcə ən güclü smartfonların belə işləmə sürəti aşağı düşə bilər, ancaq bir çox vəziyyətlərdə bu çətinliyi yeni telefon almadan aradan qaldırmaq mümkündür.

Moderator.az-ın məlumatına görə, mütəxəssis Andrey Rjavin "İzvestiya" nəşrinə verdiyi müsahibədə bu mövzuya toxunub.

"Telefon yaddaşının minimum 15-20%-ni boş saxlamaq mütləqdir. Əgər yaddaş tam dolarsa, qurğunun iş sabitliyi əhəmiyyətli dərəcədə aşağı düşəcək", - deyə mütəxəssis vurğulayıb.

Ekspert bildirir ki, cihazın sürətinin zəifləməsinin başlıca səbəbi yaddaşın həddindən çox yüklənməsidir. Kifayət qədər boş yer olmadıqda, sistem verilənləri emal edərkən çətinliklə üzləşir və nəticədə donmalar yaranır. Başqa bir amil arxa fonda fəaliyyət göstərən proqramlardır. Onlardan istifadə olunmasa da, həmin tətbiqlər telefonun enerjisini və resurslarını xərcləyir.

Rjavinin sözlərinə görə, avtomatik işə düşən proqramların siyahısını nəzərdən keçirmək və gərəksiz olanları söndürmək lazımdır".

Mütəxəssis onu da qeyd edib ki, hərəkətli divar kağızları, animasiyalar və vidcetlər kimi vizual elementlər telefonun sürətinə mənfi təsir göstərə bilər. İnterfeysi sadələşdirməklə sistemin üzərinə düşən yükü azaltmaq mümkündür. Həmçinin, əməliyyat sisteminin yenilənməsi məsələsinə də diqqətlə yanaşmaq tövsiyə olunur. Belə ki, yeni proqram təminatı köhnə smartfonlarda sürəti həm artıra, həm də azalda bilər.

Keşin silinməsi və cihazın vaxtaşırı olaraq söndürülüb-yandırılması vacib addımlardandır, çünki bu prosedur resursların bərpa olunmasına şərait yaradır. Çətin hallarda smartfonu əvvəlki tənzimləmələrinə qaytarmaq problemi həll edə bilər, ancaq bu addımı atmadan öncə şəxsi faylların ehtiyat nüsxəsini yaratmaq lazmdır.

"Əgər görülən bütün bu tədbirlərdən sonra da telefon güclü şəkildə donmağa davam edirsə, böyük ehtimalla nasazlıq cihazın detallarındadır - məhz bu cür vəziyyətlərdə yeni smartfon almaq qərarı tamamilə məqsədəuyğundur", - deyə mütəxəssis fikrini yekunlaşdırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər