00:14
16°C
Bakı
Vaşinqton Avropadakı hərbi kontingentin gələcəyi ilə bağlı qərar verərkən NATO müttəfiqlərinin İran müharibəsi zamanı atdığı addımları nəzərə alacaq.
Moderator.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
Rubionun sözlərinə görə, ABŞ qoşunlarının Avropada yerləşdirilməsinin əsas səbəblərindən biri digər regionlarda güc nümayiş etdirmək imkanının qorunmasıdır.
“Əgər bəzi NATO üzvləri artıq belə hallarda dəstək verə bilmirsə, bu problem yaradır və nəzərdən keçirilməlidir”, – Rubio deyib.
O əlavə edib ki, ABŞ resurslarının limitsiz olmadığını həm Vaşinqton, həm də müttəfiqlər anlamalıdır.