ABŞ-də infeksiya aşkarlanan gəmini tərk edənlər haradadırlar?
Dünya
203
17:50, Bu gün

ABŞ-də infeksiya aşkarlanan gəmini tərk edənlər haradadırlar?

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında göyərtəsində hantavirus epidemiyası qeydə alınan "MV Hondius" kruiz gəmisini səfərdən sonra tərk etmiş sərnişinlərin axtarışına başlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

Qeyd edilib ki, "MV Hondius" laynerində sözügedən infeksiyadan ilk ölüm halının qeydə alınmasından on dörd gün sonra təqribən 20 nəfər sərnişin gəmidən düşüb. Virusun daha geniş əraziyə yayılmasını əngəlləmək məqsədilə həmin şəxslərin axtarışı icra olunur.

Kaliforniya ərazisində olduğu yer artıq müəyyənləşən sərnişinlərdə indiyədək xəstəliyə dair hər hansı simptomun müşahidə olunmadığı bildirilir. Buna baxmayaraq həmin şəxslər hazırda həkim nəzarəti altındadırlar.

Qeyd edək ki, aprel ayının əvvəllərində Argentinadan səfərə çıxan "MV Hondius"da səkkiz sərnişinin hantavirusa yoluxduğu müəyyən olunmuşdu. İnfeksiyaya tutulanlardan üçü həyatını itirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər