XİN rəhbəri: Ukrayna Latviya istiqamətində dronlar göndərməyib
Dünya
205
17:40, Bu gün

XİN rəhbəri: Ukrayna Latviya istiqamətində dronlar göndərməyib

Latviyaya dron hücumunun Ukrayna tərəfindən məqsədyönlü şəkildə həyata keçirildiyi təsdiq edilsə, rəsmi Kiyev Riqadan üzr istəyəcək.

Moderator.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında yazıb.

O, latviyalı həmkarı ilə telefon danışığı apardığını, Ukrayna və Latviyanın aidiyyəti qurumlarının Latviyada yaşanan dron insidentləri ilə bağlı müştərək araşdırma apardığını bildirib.

O, Ukraynanın Latviyaya qarşı heç bir dron qaldırmadığını vurğulayıb.

“Əgər təsdiq olunsa ki, Ukrayna dronları Rusiyanın elektron hücumları nəticəsində trayektoriyasını dəyişərək, Latviyaya hücum edib, biz öz latviyalı dostlarımızdan ən səmimi şəkildə üzr istəyəcəyik. Biz artıq üç Baltik ölkəsindən - Estoniya, Latviya və Litvaya, eləcə də Finlandiyadan Rusiyanın elektron hücumlarının səbəb olduğu və bilərəkdən olmayan insidentlərə görə üzr istəmişik”, - Sibiqa qeyd edib.

XİN rəhbəri əlavə edib ki, Ukraynanın mütəxəssislərdən ibarət nümayəndə heyətinin Latviyaya səfər etməsi və ölkənin hava hücumundan müdafiəsini gücləndirməyə kömək etməsi nəzərdən keçirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər