19:13
21°C
Bakı
İrandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ballistik raket və PUA-lar atılıb.
Moderator.az xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, İran istiqamətindən atılan 2 ballistik raket və 3 dron BƏƏ-nin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Qeyd olunur ki, hücum zamanı 3 nəfər xəsarət alıb.