Bizi sosial şəbəkələrdən izləyin:
İsraildə hantavirus infeksiyasına yoluxma halı qeydə alınıb.
Moderator.az xəbər verir ki, virusa yoluxan şəxsin bir neçə ay əvvəl Şərqi Avropa ölkələrində olduğu müəyyən edilib.
Yerli media yazır ki, şəxsdə xəstəliyin simptomları ortaya çıxdıqdan sonra xəstəxanaya müraciət edilib. Aparılan PCR və anticisim testlərinin nəticəsi müsbət çıxıb. Hazırda xəstənin vəziyyətinin nəzarətdə olduğu bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır. Lakin son günlər dünya mediasında “Andes” növü ilə bağlı insandan insana məhdud yoluxma ehtimalı da müzakirə olunur.
Xatırladaq ki, daha əvvəl “MV Hondius” adlı kruiz gəmisində aşkarlanan hantavirus səbəbindən bir neçə nəfər həyatını itirmişdi. Ümumdünya Səhiyyə Təşkilatı virusa görə bir sıra ölkələri, o cümlədən Türkiyəni də məlumatlandırdığını açıqlayıb.