Zelenski ABŞ-də keçiriləcək danışıqların mövzusunu açıqlayıb
Dünya
187
18:30, Bu gün

Zelenski ABŞ-də keçiriləcək danışıqların mövzusunu açıqlayıb

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun bu gün ABŞ Prezidentinin nümayəndələri ilə aparacağı danışıqlarda əsir mübadiləsinin davam etdirilməsi müzakirə olunacaq.

Moderator.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında danışıqların mövzusunu açıqlayıb.

“Birinci humanitar istiqamətdir. Ümid edirik ki, əsirlərin azad olunmasının yeni mərhələsini həyata keçirmək mümkün olacaq.

İkinci istiqamət diplomatik prosesin fəallaşdırılmasıdır. Biz Amerika ilə daimi əlaqədəyik və tərəfdaşların Rusiya ilə müvafiq təmaslarından xəbərdarıq. Bunun layiqli sülhün yaxınlaşmasına və təhlükəsizliyin təmin olunmasına kömək etməsi üçün çalışırıq. Təəssüf ki, hətta atəşkəs rejimi məsələsində də Rusiya konstruktiv mövqe nümayiş etdirmir. Biz bunu görürük.

ABŞ-la əməkdaşlığımız çərçivəsində Təhlükəsizlik və Müdafiə Şurasının katibi üçün təhlükəsizliklə bağlı bir neçə konkret tapşırıq var. Bugünkü görüşlərin nəticələri ilə bağlı ətraflı məruzə gözləyirəm”, - Ukrayna lideri qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər