Qeysəriyyə əməliyyatı zamanı körpənin kəllə sümüyü sınıb
Dünya
205
18:18, Bu gün

Qeysəriyyə əməliyyatı zamanı körpənin kəllə sümüyü sınıb

Rusiyanın Kamçatka vilayətindəki doğum evlərinin birində yeni doğulan uşağın kəllə sümüyü zədələnib.

Moderator.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı "Amur Mash" "Telegram" kanalı paylaşıb.

Mənbənin sözlərinə əsasən, uşaq qeysəriyyə üsulu ilə dünyaya gəlib. Sonradan körpədə təpə-gicgah sümüyünün depressiv (batıq) sınığı və epileptik tutma sindromu aşkar edilib.

Körpənin səhhəti kəskin şəkildə ağırlaşdığından onu tibbi yardım almaq məqsədilə Sankt-Peterburq şəhərinə gətiriblər.

Aparılan yoxlamalar nəticəsində məlum olub ki, cərrahi müdaxilə vaxtında icra edilməyib. Həmçinin tibbi sənədlərdə körpənin hər hansı travma alması barədə qeyd yazılmayıb.

Məhkəmə prosesində yerli tibb işçilərinin pasiyentə lazımi səviyyədə tibbi xidmət göstərmədiyi təsdiqini tapıb. Qərara əsasən, doğum evi qadına və həyat yoldaşına hər birinə 1.5 milyon rubl, uşağın nənələrinə isə 200 min rubl təzminat ödəməlidir. Lakin tibb müəssisəsinin rəhbərliyi məhkəmənin bu hökmü ilə razılaşmayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər