20:00
18°C
Bakı
ABŞ İranla münaqişə fonunda Yaxın Şərq ölkələrindəki bazalarında hərbi kontingentini təxminən 10 min nəfər artırıb.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamazdan əvvəl Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Qətər, Küveyt və Bəhreyndəki bazalarında təxminən 40 min hərbçisi yerləşdirilib. Hazırda regiondakı ABŞ hərbçilərinin sayı 50 min nəfəri keçib.
Nəşr qeyd edir ki, Yaxın Şərqdəki bütün kontingent tam döyüş hazırlığı vəziyyətində qalır.
Məlumata görə, Ağ Ev, öz növbəsində, İrana qarşı döyüş əməliyyatlarını yenidən başlamağa hazırlıqla bağlı ziddiyyətli siqnallar göndərir.