ŞOK: Tramp
Dünya
390
15:51, Bu gün

ŞOK: Tramp "Hörmüz"ü ömürlük iranlılara verəcək

Sabiq prezident Co Baydenin enerji və Yaxın Şərq üzrə keçmiş müşaviri Amos Hoxşteyn bildirib ki, Vaşinqton və Tehran arasında mümkün sülh sazişi əldə olunarsa, İran Hörmüz boğazı üzərində “daimi” nəzarət əldə edə bilər.
 
Bloomberg-ə müsahibəsində danışan Hoxşteyn qeyd edib ki, Fars körfəzi ölkələri İranın boğaza təsirindən yayınmaq üçün yeni neft və qaz kəmərləri çəkməyə məcbur qalacaqlar.
 
“Enerji bazarında heç kim yekun razılaşmanın nəticəsinə arxalanaraq boğazlara güvənməməlidir. İran boğazlara nəzarət edəcək”, – deyə keçmiş amerikalı rəsmi vurğulayıb.
 
İran ABŞ-ın yeni sülh təklifini nəzərdən keçirdiyini açıqlayıb. Bundan əvvəl Tehran Tramp administrasiyasının Hörmüz boğazının fəaliyyətinin bərpası qarşılığında müharibənin dayandırılması və nüvə proqramı üzrə danışıqların təxirə salınmasını nəzərdə tutan təklifini rədd etmişdi. /Konkret.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər