Tramp: Son 24 saatda İranla çox yaxşı danışıqlar aparmışıq
Dünya
204
06 May 2026 | 23:40

Tramp: Son 24 saatda İranla çox yaxşı danışıqlar aparmışıq

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında son 24 saat ərzində çox yaxşı danışıqlar aparıldığını bildirib.

Moderator.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Son 24 saatda çox yaxşı danışıqlar apardıq və razılığa gəlmək ehtimalı çox yüksəkdir”, – deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, Vaşinqton istədiyini əldə etməlidir.

“Əgər bu baş verməsə, böyük addım atmalı olacağıq”, – deyə o vurğulayıb.

Trampın sözlərinə görə, Tehran da razılaşma əldə etmək istəyir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər